Sanders: Süni intellekt milyonlarla insanı işsiz qoya bilər
ABŞ senatoru Berni Sanders süni intellektin sürətli inkişafının milyonlarla insanın iş yerini itirməsinə və şəxsi məlumatların məxfiliyinin pozulmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, ABŞ senatoru Berni Sanders bu barədə açıqlamasında bildirib.
"Süni intellektin inkişafını kim təşviq edir? Bu texnologiya haradan ortaya çıxıb? Sizcə, adi insanlar milyonlarla iş yerini məhv edə və şəxsi həyatın toxunulmazlığını aradan qaldıra biləcək texnologiyanı istəyirlər? Mən belə düşünmürəm", – deyə senator vurğulayıb.
Sandersin sözlərinə görə, süni intellektin inkişafı əsasən azsaylı, son dərəcə zəngin milyarderlər tərəfindən təşviq olunur.
O, texnologiyanın gələcəyi ilə bağlı qərarların yalnız iri şirkət sahiblərinin əlində cəmləşməsini tənqid edib.
"Bu texnologiyanı bir neçə çox böyük və son dərəcə varlı milyarder irəli aparır. İndi özümüzə verməli olduğumuz sual Amerika xalqının da soruşduğu sualdır: Konqres nəhayət onlara qarşı durmağa cəsarət edəcəkmi?" – deyə Sanders bildirib.
Qeyd edək ki, senator daha əvvəl də süni intellektin tənzimlənməsinin gücləndirilməsini, işçilərin hüquqlarının və şəxsi məlumatların qorunmasını, eləcə də texnologiyanın inkişafına dair qərarlarda ictimai nəzarətin artırılmasını təklif edib.
11:57 17.11.2026
Oxunuş sayı: 102