Türkiyədən Ermənistana ilk müntəzəm yük reysi həyata keçirilib
Türkiyənin "Turkish Cargo" aviaşirkəti İstanbul–İrəvan–İstanbul marşrutu üzrə ilk müntəzəm yük reysini həyata keçirib.
Crossmedia.az xəbər verir ki, "Aeroportist" nəşri bu barədə məlumat yayıb.
Bildirilib ki, ilk yük reysi noyabrın 15-də baş tutub.
"Turkish Airlines" aviaşirkətinin yükdaşıma bölməsi olan "Turkish Cargo"nun həyata keçirdiyi uçuşun məqsədi Türkiyə və Ermənistan arasında etibarlı və səmərəli yükdaşımaların təmin edilməsidir.
Yeni marşrutun iki ölkə arasında logistika imkanlarını genişləndirəcəyi gözlənilir.
Qeyd edək ki, "Turkish Airlines" 2026-cı il martın 11-dən İstanbul–İrəvan–İstanbul marşrutu üzrə müntəzəm sərnişin reysləri həyata keçirir.
15:15 16.11.2026
Oxunuş sayı: 83