Azərbaycanda fondların nizamnamə kapitalı 10 dəfə artırıla bilər
Qeyri-hökumət təşkilatı qismində yaradılan fondların nizamnamə kapitalına dair yeni tələb müəyyənləşir.
Crossmedia.az xəbər verir ki, bu, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, Fond yaradılarkən onun nizamnamə kapitalı on min manatdan az olmamalıdır. Laihəyə əsasən, Fond yaradılarkən onun nizamnamə kapitalı yüz min manatdan az olmamalıdır.(APA)
15:10 16.11.2026
Oxunuş sayı: 85