Gürcüstanın Baş nazirinin müavini Qətərə səfər edib
Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili rəsmi səfərlə Qətərə gedib.
Crossmedia.az xəbər verir ki, "Sputnik Gürcüstan" bu barədə məlumat yayıb.
Səfər çərçivəsində Maka Boçorişvilinin Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani ilə görüşü nəzərdə tutulur.
Gürcüstan rəsmisi həmçinin Qətərin dövlət qurumlarının və biznes dairələrinin nümayəndələri ilə görüşlər keçirəcək.
13:45 16.11.2026
Oxunuş sayı: 88