İtkin düşən kişinin meyiti su kanalından çıxarılıb
Neftçalada itkin düşən kişinin meyiti su kanalında tapılıb.
Crossmedia.az xəbər verir ki, Mürsəqulu kənd sakini 1969-cu il təvəllüdlü Şahin Məhəmməd oğlu Kazımovun meyiti Xolqaraqaşlı kəndinin ərazisindən keçən su kanalında tapılaraq sudan çıxarılıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Qeyd edək ki, Ş. Kazımov bir neçə gün əvvəl itkin kimi axtarışa verilib. (Report)
12:13 16.11.2026
Oxunuş sayı: 96