Paytaxtda qızıl-zinət əşyaları və mobil telefon oğurlayan şəxslər saxlanılıblar
Crossmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Polisin keçirdiyi tədbirlərlə Sabunçu rayonu ərazisindəki mağazalardan birindən 2620 manat dəyərində qızıl-zinət əşyasını oğurlayan mağazanın əməkdaşı Ş.Əsədova, Yasamal rayonu ərazisindəki evlərdən birindən 2000 manat dəyərində mobil telefon oğurlayan N.Rəsulov müəyyən olunaraq saxlanılıblar.
09:58 16.11.2026
Oxunuş sayı: 115