Yakutiyada buz keçidində mikroavtobus aşıb
Yakutiyada mikroavtobus bağlı buz keçidində buzun sınması nəticəsində suya batıb.
Crossmedia.az xəbər verir ki, hadisə yerindən çəkilmiş fotoları "Krimyakutia" Teleqram kanalı paylaşıb.
Məlumatda bildirilib ki, "Toyota Hiace" markalı nəqliyyat vasitəsi buzun sınması səbəbindən təkərlərinə qədər suya batıb. Hadisə Vilyuy çayı üzərindəki Suntar–Ustye keçidində, sahilə yaxın ərazidə baş verib.
19:23 15.11.2026
Oxunuş sayı: 140