Omskda böyük yanğın: Əraziyə 11 texnika göndərilib
Rusiyanın Omsk şəhərində, Köhnə Kirovsk mikrorayonunda yerləşən avtomobillərə texniki xidmət stansiyasında güclü yanğın başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğın barədə məlumat Rusiya saatı ilə 17:16-da Semireçenskaya küçəsindəki texniki xidmət stansiyasında qeydə alınıb. Hadisə yerinə 40 yanğınsöndürən və 11 texnika cəlb edilib.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, yanğının tüstüsü və alovu bir neçə yüz metr məsafədən görünüb. Yanğın səbəbindən Semireçenskaya küçəsində nəqliyyatın hərəkəti də çətinləşib.
18:13 15.11.2026
Oxunuş sayı: 138