Roma Papası Peruda hərbi helikopterlə səfər edib
Roma Papası XIV Leo Peruda səfəri zamanı ölkənin Hərbi Hava Qüvvələrinə məxsus Mi-17 helikopteri ilə And dağlarında yerləşən Santa-Krus-de-Suççabamba şəhərinə uçub.
Crossmedia.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, pontifik helikopterlə təxminən 40 dəqiqəlik uçuş həyata keçirib. Müqəddəs Taxt-Tacın mətbuat xidməti səfər zamanı çəkilmiş fotoları da paylaşıb. Görüntülərdə XIV Leonun səs-küydən qoruyan qulaqlıq taxaraq helikopterin pəncərəsindən dağ mənzərələrini izlədiyi görünür.
Perunun Hərbi Hava Qüvvələri helikopteri zarafatla “papakopter” adlandırıb.
Santa-Krus-de-Suççabambaya çatan XIV Leo əvvəlki vədini yerinə yetirərək Peruda xidmət etdiyi dövrdə rəhbərlik etdiyi Çiklayo yeparxiyasını ziyarət edib. Həmin vaxt o, bölgəyə quru nəqliyyatı ilə gedirdi.
Qeyd edək ki, əvvəlki uçuş zamanı pontifikin helikopterini mümkün təxliyə ehtimalına qarşı Bell markalı tibbi helikopterlər və təcili tibbi yardım təyyarəsi müşayiət edib.
17:27 15.11.2026
Oxunuş sayı: 135