İsraildən iddia: İran PUA-larla Trampa hücum hazırlayır
İsrailin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) İranın ABŞ Prezidenti Donald Trampa pilotsuz uçuş aparatları ilə hücum hazırladığı barədə məlumat ötürdüyü iddia edilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Israel Hayom” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətlərinin iddiasına görə, daxil olan məlumatdan sonra ABŞ-də təhlükəsizlik tədbirləri gücləndirilib və Trampın ictimai çıxışları məhdudlaşdırılıb.
Bundan başqa, bir sıra yüksək vəzifəli amerikalı məmurların yaşadıqları evlərdən daha təhlükəsiz obyektlərə köçürüldüyü bildirilir.
16:34 15.11.2026
Oxunuş sayı: 141