Çində 10 tonluq elektrik təyyarəsi ilk pilotlu uçuşunu həyata keçirib
Çinin COMAC şirkətinin hazırladığı 10 tonluq CE-25A elektrik təyyarəsi iki pilot və bir uçuş-sınaq mühəndisinin iştirakı ilə ilk pilotlu uçuşunu uğurla tamamlayıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Təyyarənin maksimal qalxma çəkisi 10 ton, seyr sürəti saatda 300 kilometr, uçuş hündürlüyü isə 2 400 metrdir. CE-25A-nın uçuş məsafəsi 400 kilometr təşkil edir.
14:55 15.11.2026
Oxunuş sayı: 46