İtaliya Ukraynaya iki hərbi radar peykinin görüntülərindən istifadə imkanı verəcək
İtaliya Ukraynaya “Cosmo-SkyMed” hərbi radar peyk sisteminə daxil olan iki peykin görüntülərindən istifadə imkanı yaradacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə “Il Messaggero” nəşri məlumat yayıb.
Məlumata görə, bu imkan İtaliyanın Ukraynaya nəzərdə tutulan 13-cü yardım paketinə daxildir. Peyklərdən əldə edilən görüntülərdən yalnız Ukrayna ərazisinin müşahidəsi üçün istifadə olunacaq.
14:45 15.11.2026
Oxunuş sayı: 45