ABŞ-də 20 mindən çox uçuşa təsir edən nasazlığın səbəbi nədir?
ABŞ-də hava hərəkətinin təxminən 5 saat dayanmasına və 20 mindən çox uçuşun təsirlənməsinə səbəb olan genişmiqyaslı texniki nasazlığın kökündə bir cihazın dayanmış ola biləcəyi bildirilir.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, araşdırma zamanı milyardlarla dollarlıq aviasiya sistemində köhnə kompüterlərdən, 25 illik marşrutlaşdırıcılardan və disketlərdən istifadənin davam etdiyi üzə çıxıb.
Rəsmilər nasazlığın dəqiq mənbəyini müəyyənləşdirmək üçün araşdırmaları davam etdirirlər. İlkin məlumatlara əsasən, köhnəlmiş avadanlıqların hava hərəkətinin idarə olunmasında yaratdığı risklər yenidən gündəmə gəlib.
14:00 15.11.2026
Oxunuş sayı: 52