İran ABŞ-a məxsus 17-ci PUA-nı vurduğunu açıqlayıb
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus MQ-1 tipli pilotsuz uçuş aparatının (PUA) Hörmüz boğazındakı Keşm adası üzərində məhv edildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "IRNA" nəşri məlumat yayıb.
Bəyanatda bildirilib ki, ABŞ ordusuna məxsus kəşfiyyat və zərbə təyinatlı PUA SEPAH-ın Aerokosmik Qüvvələrinin yeni və təkmilləşdirilmiş hava hücumundan müdafiə sistemi vasitəsilə aşkar edilərək vurulub.
SEPAH-ın məlumatına görə, bu, İran qüvvələrinin məhv etdiyi 17-ci ABŞ istehsalı MQ-1 tipli pilotsuz uçuş aparatıdır.
Eyni zamanda Keşm adası İranın ən böyük adasıdır və Hörmüz boğazının şimal girişində yerləşir. Dünya neft tədarükünün əhəmiyyətli hissəsi bu strateji su yolundan həyata keçirilir.
Qeyd edək ki, SEPAH son bəyanatında ABŞ-ın son günlərdə İranın hava hücumundan müdafiə sistemlərinin mövqelərini müəyyənləşdirmək məqsədilə kəşfiyyat fəaliyyətini intensivləşdirdiyini də iddia edib.
Qurum Hörmüz boğazına nəzarətin İranın əlində qaldığını bəyan edib.
17:19 14.11.2026
Oxunuş sayı: 156