Peskov: Rusiya Avropanın danışıqlar heyətinin tərkibinə şərt qoymayacaq
Rusiya Avropa ölkələrini təmsil edəcək danışıqlar qrupunun tərkibi ilə bağlı hər hansı şərt irəli sürməyəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat yayıb.
Peskov bildirib ki, Moskva Avropa nümayəndələri ilə birbaşa dialoqun aparılmasını məqsədəuyğun hesab edir.
“Avropalılarla danışmaq və onların mövqeyinin sülh prosesinə nə dərəcədə töhfə verə biləcəyini anlamaq daha yaxşı olardı”, – deyə Kremlin sözçüsü vurğulayıb.
16:29 14.11.2026
Oxunuş sayı: 150