Tramp İrana yeni hücumları təxirə sala bilər
ABŞ Prezidenti Donald Tramp İran və ya Yəməndəki husilər tərəfindən yeni təxribatlar törədilməyəcəyi təqdirdə Tehrana qarşı növbəti hərbi hücumlardan imtina etməyi nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, "Reuters" agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, Tramp müşavirlərinə İran və ya husilər tərəfindən ABŞ-yə qarşı yeni təhdidlər yaranmayacağı halda hərbi əməliyyatları genişləndirmək niyyətində olmadığını bildirib.
Bildirilir ki, oktyabrın 31-də Tramp Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmana ABŞ-də keçiriləcək aralıq seçkilərindən sonra İrana yeni zərbələr endirməyi planlaşdırdığını deyib.
Lakin vəliəhd onu bu qərara yenidən baxmağa çağırıb. Məhəmməd bin Salman İrana qarşı tətbiq olunan iqtisadi sanksiyaların artıq nəticə verdiyini və əlavə hərbi müdaxiləyə ehtiyac olmadığını bildirib.
ABŞ kəşfiyyatının qiymətləndirmələrinə görə, yeni hərbi zərbələrin İranın danışıqlardakı mövqeyini dəyişməsi ehtimalı azdır.
Bununla yanaşı, Vaşinqton Tehrana iqtisadi təzyiqləri və dəniz blokadasını davam etdirir.
"Reuters"in məlumatına əsasən, ABŞ administrasiyası hərbi əməliyyatların yenidən başlanması variantını tam istisna etmir. Yekun qərar isə regiondakı vəziyyətdən və İranın atacağı addımlardan asılı olacaq.
15:55 14.11.2026
Oxunuş sayı: 164