Zaqatalada iki avtomobil toqquşub, xəsarət alan var
Qax-Zaqatala avtomobil yolunun Zaqatalanın Muxax kəndi ərazisindən keçən hissəsində "Chevrolet" və "VAZ-21014" markalı minik avtomobilləri toqquşub.
Crossmedia.az xəbər verir ki, qəza zamanı "Chevrolet"in sürücüsü - rayonun Çobankol kənd sakini 33 yaşlı İntiqam İlham oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunda İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.
15:02 14.11.2026
Oxunuş sayı: 144