Hadisə

Polis 64 cinayətin üstünü açıb

Yanvarın 9-da ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Crossmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 57, o cümlədən borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 43 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.

06:24 10.01.2025

Oxunuş sayı: 3659

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR