32 Azərbaycan vətəndaşı Almaniyadan readmissiya olunub
Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan geri qəbul edilib.
Crossmedia.az xəbər verir ki, Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.
18:47 14.10.2026
Oxunuş sayı: 58