Siyəzəndə su kanalına düşən azyaşlının vəziyyəti bəlli oldu
Siyəzəndə su kanalına düşərək boğulma diaqnozu ilə xəstəxanaya yerləşdirilən azyaşlının vəziyyəti stabilləşib. O, tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 2014-cü il təvəllüdlü oğlan 28 noyabr 2026-cı il tarixində saat 16:40 radələrində Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Suda boğulma diaqnozu qoyulan azyaşlıya zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən uşaq ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında tibb müəssisəsindən buraxılıb.
12:42 29.11.2026
Oxunuş sayı: 52