Pakistan Səudiyyə Ərəbistanına hərbçilər göndərib
Pakistan artan husilərin hücumları və Səudiyyə Ərəbistanının infrastrukturuna yönələn təhdidlər fonunda krallığa hərbi qüvvələr yerləşdirib.
Crossmedia.az xəbər verir ki, bu barədə yayılan məlumatda bildirilir.
Hərbi qüvvələrin göndərilməsi Pakistan və Səudiyyə Ərəbistanı arasında mövcud müdafiə əməkdaşlığı çərçivəsində həyata keçirilib.
Məlumata görə, bu addımdan əvvəl Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı nümayəndələrinin Məkkədə üçtərəfli müdafiə sazişi çərçivəsində görüşü keçirilib. Görüşdə kollektiv təhlükəsizlik öhdəlikləri bir daha təsdiqlənib.
11:14 29.11.2026
Oxunuş sayı: 63