Rusiya ordusu Zaporojyedəki strateji körpünü vurub
Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye vilayətində Dnepr çayı üzərində yerləşən Preobrajenski körpüsünə zərbə endirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, körpü Donbasdakı döyüş zonasına Ukrayna hərbi yüklərinin daşınması üçün istifadə olunub. Zərbənin Zaporojye şəhərindəki Preobrajenski avtomobil və dəmir yolu körpüsünə endirildiyi bildirilib.
Bundan başqa, Rusiya Müdafiə Nazirliyi noyabrın 29-na keçən gecə pilotsuz uçuş aparatları ilə Ukrayna Silahlı Qüvvələrinin maraqları naminə istifadə edilən sənaye müəssisələrinin, logistika obyektlərinin, nəqliyyat vasitələrinin və dəniz gəmilərinin hədəfə alındığını açıqlayıb.
Qeyd edək ki, Preobrajenski körpüləri Zaporojye şəhərində Dnepr çayı üzərində yerləşən, sağ və sol sahilləri Xortitsa adası vasitəsilə birləşdirən iki ikimərtəbəli tağlı körpüdən ibarətdir. Onların tikintisinə 1949-cu ilin yazında başlanılıb, inşaat işləri 1952-ci ildə başa çatdırılıb.
09:49 29.11.2026
Oxunuş sayı: 93