“James Webb” 13 milyard il yaşı olan qalaktika aşkarlayıb
Astronomlar “James Webb” kosmik teleskopunun köməyi ilə Böyük Partlayışdan təxminən 800 milyon il sonra mövcud olmuş qədim qalaktika aşkarlayıblar. Kəşf kainatın ilk ulduzlarının formalaşması ilə bağlı yeni məlumatlar əldə etməyə imkan verə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə “ScienceDaily” nəşri Kanazava Universitetinin araşdırmasına istinadən məlumat yayıb.
LAP1-B adlandırılan qalaktikanın tərkibində oksigenin miqdarı Günəşlə müqayisədə təxminən 240 dəfə azdır. Bu göstərici onu indiyədək aşkar edilmiş ulduz əmələ gətirən ən az kimyəvi elementlə zənginləşmiş qalaktikalardan birinə çevirir.
Tədqiqatçılar müşahidələr zamanı qravitasiya linzalanması effektindən də istifadə ediblər. Bu hadisə daha yaxın məsafədə yerləşən nəhəng qalaktika toplusunun cazibə qüvvəsi sayəsində uzaqdakı obyektin işığını böyüdərək göstərməsinə imkan verir.
Alimlərin fikrincə, qalaktikanın kimyəvi tərkibi kainatın ilk nəsil ulduzlarının yaratdığı elementlərin izlərini daşıya bilər. Kəşf həmçinin Süd Yolu yaxınlığında yerləşən qədim cırtdan qalaktikaların mənşəyini anlamağa kömək edə bilər.
04:01 29.11.2026
Oxunuş sayı: 84