Tramp Vaşinqtondakı qolf meydançasının fırtınada dağıldığını açıqlayıb
ABŞ-nin paytaxtı Vaşinqtonda güclü fırtına və çayın daşması nəticəsində Şərqi Potomak parkında yerləşən qolf meydançası ciddi dağıntılara məruz qalıb. ABŞ Prezidenti Donald Tramp ərazinin faktiki olaraq yerlə-yeksan olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Gazeta.ru bu barədə məlumat yayıb.
Tramp hadisə ilə bağlı “Truth Social” sosial şəbəkəsində paylaşım edib. O, qolf meydançasını “zibil adası” adlandıraraq fırtınanın ərazini tamamilə dağıtdığını qeyd edib.
ABŞ prezidenti bildirib ki, güclü yağış və çayın daşması nəticəsində meydançanın yerləşdiyi sahil zolağı yuyulub, Potomak çayına doğru qismən çöküb. Sahil boyunca uzanan yolun böyük hissəsi də dağıntılara məruz qalıb.
Trampın sözlərinə görə, ABŞ Daxili İşlər Nazirliyi ərazidəki qolf meydançasının bağlanmasına qərar verib.
Prezident paylaşımında həmçinin meydançanın yenidən qurulmasına mane olan məhkəmə qərarını xatırladıb. O, əvvəllər ərazidə müasir qolf meydançası inşa etmək istədiyini, lakin hakimin buna mane olduğunu bildirib.
Qeyd edək ki, Şərqi Potomak parkı Vaşinqtonun mərkəzində, Potomak və Anakostiya çaylarının qovuşduğu ərazidə yerləşir. Buradakı qolf meydançasının yenidən qurulması ilə bağlı planlar daha əvvəl də mübahisələrə səbəb olub.
21:07 28.11.2026
Oxunuş sayı: 48