Ərdoğan Yunanıstan prezidenti ilə görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan Prezidenti Konstantinos Tasulas ilə görüşüb. Tərəflər iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyası bu barədə məlumat yayıb.
Görüş İstanbulda, Dolmabahçe Prezident Ofisində mətbuata qapalı şəkildə keçirilib və təxminən 35 dəqiqə davam edib.
Ərdoğan Türkiyə ilə Yunanıstan arasında bütün sahələrdə ciddi əməkdaşlıq potensialının olduğunu və müsbət gündəliyin irəli aparılması üçün səylər göstərdiklərini bildirib.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan və Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran da iştirak ediblər.
19:58 28.11.2026
Oxunuş sayı: 52