Ağdaşda 25 yaşlı gəncin meyiti evindən tapıldı
Ağdaşda 25 yaşlı gənc yaşadığı evdə ölü vəziyyətdə aşkar edilib.
Crossmedia.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Qarağansədi kəndində qeydə alınıb. 2001-ci il təvəllüdlü kənd sakini Qarayev Nicat Bayram oğlu yaşadığı evdə ölmüş vəziyyətdə aşkar olunub.
Ölən şəxsin psixoloji problemlərdən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
21:51 28.11.2026
Oxunuş sayı: 68