Los-Anceles yaxınlığındakı zəlzələdən sonra afterşoklar qeydə alınıb
ABŞ-nin Kaliforniya ştatının cənubunda 5,0 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlardan sonra bir neçə afterşok qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 09:30-da qeydə alınıb. Episentr Los-Anceles dairəsində, Sakit okean sahilində yerləşən Manhetten-Biç şəhərindən təxminən 6 kilometr aralıda olub. Zəlzələnin ocağı 12,2 kilometr dərinlikdə yerləşib.
Əsas təkanlardan sonra mütəxəssislər bir neçə afterşok qeydə alıblar. Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, noyabrın 28-də Rusiyanın Kamçatka yarımadasında da 6,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən 78 kilometr aralıda yerləşib. Zəlzələ bölgə sakinlərini yuxudan oyadıb, bəzi insanlar təhlükəsizlik məqsədilə evlərini tərk edərək küçələrə çıxıblar.
22:59 28.11.2026
Oxunuş sayı: 37