İspaniyada Ukraynaya yardıma qarşı plakatlar yerləşdirilib
İspaniyanın Kataloniya bölgəsində Ukraynaya göstərilən maliyyə və hərbi yardımı tənqid edən plakatlar yerləşdirilib. Plakatlarda İspaniyanın Ukraynaya ayırdığı 3,8 milyard avro vəsaitə etiraz ifadə olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.
Plakatlarda İspaniyanın Baş naziri Pedro Sançes və Ukrayna Prezidenti Volodimir Zelenski təsvir olunub. Onlar simvolik olaraq bir-birlərinə pul ötürərkən göstəriliblər.
Plakatların üzərində “3,8 milyard avro – silah və müharibə naminə oğurladığımız pul” ifadəsi yazılıb. Aksiyanın ölkədə keçiriləcək parlament seçkiləri ərəfəsində təşkil olunduğu bildirilir.
Məlumata görə, noyabr ayında Avropa İttifaqında Ukraynanın gələcək maliyyələşdirilməsi ilə bağlı fikir ayrılıqları dərinləşib. Macarıstan, Slovakiya və Çexiya Kiyevə 45 milyard avro həcmində yeni kredit ayrılmasına qarşı çıxıb.
Bolqarıstan isə kreditin mülki məqsədlər üçün nəzərdə tutulan hissəsinin maliyyələşdirilməsində iştirak etməyə hazır olduğunu, lakin hərbi komponenti dəstəkləmədiyini açıqlayıb.
Bundan əvvəl Polşanın Baş naziri Donald Tusk da ölkəsinin Ukraynaya Amerika silahlarının alınmasını nəzərdə tutan PURL proqramına vəsait köçürməsini müvəqqəti dayandıracağını bildirmişdi. O, qərarı büdcə kəsiri və ölkənin müdafiə ehtiyaclarına daha çox vəsait ayrılması zərurəti ilə izah etmişdi.
22:26 28.11.2026
Oxunuş sayı: 35