Yeni Zelandiya sahillərində güclü yeraltı təkanlar qeydə alınıb
Yeni Zelandiya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Seysmoloqların məlumatına görə, zəlzələ Bakı vaxtı ilə saat 21:10-da qeydə alınıb. Yeraltı təkanların episentri Yeni Zelandiyanın Hiks-Bey yaşayış məntəqəsindən 189 kilometr şimalda yerləşib.
Hazırda zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
Qeyd edək ki, noyabrın 28-nə keçən gecə Rusiyanın Kamçatka yarımadasının şərq sahillərində də iki zəlzələ qeydə alınıb. Onların maqnitudası müvafiq olaraq 5,0 və 4,7 olub.
22:40 28.11.2026
Oxunuş sayı: 52