Tramp Yaponiya Baş nazirini görməzdən gəlib
ABŞ Prezidenti Donald Trampın Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində Yaponiya Baş naziri Sanae Takaiçiyə münasibəti iki ölkə arasındakı əlaqələrdə gərginlik yaranması ilə bağlı müzakirələrə səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Yaponiyanın “Josei Jishin” jurnalı məlumat yayıb.
Nəşrin yazdığına görə, sammit zamanı Takaiçi Trampın diqqətini cəlb etmək üçün onun kürəyinə yüngülcə toxunub. Lakin ABŞ lideri bu hərəkətə reaksiya verməyib.
“Arc Times” onlayn nəşrinin baş redaktoru Toşihiko Ogata hadisənin Tokio ilə Vaşinqton arasındakı münasibətlərdə problemlərin göstəricisi ola biləcəyini bildirib.
“New York Times” qəzetinin jurnalisti Devid Sanger isə qeyd edib ki, hazırda Tramp və Takaiçinin ünsiyyətində Yaponiyanın keçmiş Baş naziri Sindzo Abe ilə ABŞ lideri arasında müşahidə olunan səmimiyyət yoxdur.
Nəşr xatırladır ki, noyabrın 19-da Çinin Şençjen şəhərində Yaponiya və Rusiya liderləri arasında yeddi ildən sonra ilk görüş keçirilib. Həmin gün Rusiya, Çin və ABŞ liderlərinin də iştirakı ilə üçtərəfli görüş baş tutub.
23:47 28.11.2026
Oxunuş sayı: 44