Rusiya Kremençukda “JTI Ukraine” fabrikini vurub
Rusiya Silahlı Qüvvələri Ukraynanın Kremençuk şəhərində yerləşən “JTI Ukraine” tütün fabrikinin sexlərinə zərbə endirib.
Crossmedia.az xəbər verir ki, “Sputnik Ermənistan” bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin iddiasına görə, fabrikdə sursat istehsalı həyata keçirilib. Bundan başqa, Odessadan 93 kilometr məsafədə Ukrayna Silahlı Qüvvələri üçün yük daşıyan quru yük gəmisinin də hücuma məruz qaldığı bildirilib.
Rusiya Müdafiə Nazirliyi gecə ərzində ölkənin müxtəlif regionları üzərində 1000-dən çox Ukrayna pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.
Məlumata görə, Moskva istiqamətində 542 dron hərəkət edib. Onların böyük hissəsi hava hücumundan müdafiə sistemləri tərəfindən paytaxta uzaq məsafədə zərərsizləşdirilib.
Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorışev isə Ukrayna Silahlı Qüvvələrinin regiondakı sənaye müəssisələrinə hücum etməyə cəhd göstərdiyini bildirib.
Qeyd edək ki, fabrikdə sursat istehsalı aparılması ilə bağlı məlumat Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslanır.
10:44 29.11.2026
Oxunuş sayı: 80