Arıqlamağı sürətləndirməyin 4 üsulu
Arıqlamaq istəyənlər bəzi gündəlik vərdişləri dəyişməklə qidalanma davranışlarına müsbət təsir göstərə bilərlər.
Crossmedia.az xəbər verir ki, “Dzen” platformasının Healthy bloqunda psixoloq Yelena bu barədə tövsiyələrini bölüşüb.
Mütəxəssisin ilk tövsiyəsi acı dadlı məhsullara üstünlük verməklə bağlıdır. O, yeməkdən sonra şirniyyat əvəzinə zoğal, mərcanı, rukola və sitrus meyvələrinin qabığından istifadə etməyi məsləhət görüb.
Digər tövsiyə isə yeməyi tələsmədən qəbul etmək və çeynəmə sayına diqqət yetirməkdir. Bununla yanaşı, gün ərzində az kalorili qidaların – şorbaların, tərəvəzlərin, göyərtinin və turş kələmin rasionda artırılması təklif olunur.
Psixoloq yemək zamanı diqqəti yayındıran amillərə də toxunub. Onun fikrincə, yemək yeyərkən film izləmək və telefondan istifadə etmək insanın qidalanmaya diqqətini azalda, emosional aclığı gücləndirə bilər.
Belə hallarda beş dəqiqə qaydasından istifadə etmək tövsiyə olunur: az miqdarda ilıq suyu kiçik qurtumlarla içmək və diqqəti başqa fəaliyyətə yönəltmək.
Qeyd edək ki, bu tövsiyələr arıqlamağa zəmanət vermir. Sağlam çəki azalması fərdi qidalanma və həyat tərzi amillərindən asılıdır.
09:41 29.11.2026
Oxunuş sayı: 97