Moskvaya 14 saat ərzində 542 dron göndərilib: 105-i məhv edilib
Noyabrın 28-i saat 17:00-dan noyabrın 29-u saat 07:00-dək Moskva istiqamətində 542 pilotsuz uçuş aparatı (PUA) hərəkət edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyani məlumat yayıb.
Mer bildirib ki, Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə sistemləri dronların böyük hissəsini paytaxta uzaq yaxınlaşmalarda zərərsizləşdirib.
Onun sözlərinə görə, Moskva ətrafında 105 PUA məhv edilib.
09:28 29.11.2026
Oxunuş sayı: 110