Azərbaycanlı kassir 11 milyon dollarla yoxa çıxdı, müdiri saxlanıldı
“Moskva-Siti”də yerləşən “Moscaex” kriptovalyuta birjasının sahibi Səid Surxayev Rusiyada saxlanılıb. O, adam oğurluğunda ittiham olunur.
Crossmedia.az xəbər verir ki, yerli mediaya istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, ötən yay birjanın kassiri olduğu bildirilən Murad Əzizov müştərilərə məxsus 11 milyon dollarla yoxa çıxıb. Bundan sonra Surxayev yeni müştərilərdən aldığı pullarla əvvəlki müştərilərin borclarını ödəməyə başlayıb.
Onun hazırkı borcunun 15-20 milyon dollar arasında olduğu iddia edilir. Müştərilər arasında Şimali Qafqazdan olan nüfuzlu şəxslərin də olduğu bildirilir.
İddiaya əsasən, Surxayev Əzizovun yerini öyrənmək məqsədilə onun dostlarından birini küçədə tutduraraq şəhər kənarına aparıb və işgəncəyə məruz qoyub.
Nəticədə Surxayev Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Barəsində Rusiya Cinayət Məcəlləsinin 126-cı maddəsi (adam oğurluğu) ilə cinayət işi başlanıb.
11:20 29.11.2026
Oxunuş sayı: 67