Netanyahu rəqibinə baş nazirlik təklif edib
İsrailin Baş naziri Benyamin Netanyahu “Yaşar” partiyasının sədri Qadi Ayzenkota hökumət rəhbərliyini növbəli şəkildə həyata keçirməyi təklif edib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Təklifə əsasən, Ayzenkot əvvəlcə baş nazir vəzifəsini tutacaq, Netanyahu isə hökumətdə alternativ baş nazir kimi fəaliyyət göstərəcək. Daha sonra tərəflər arasında əldə olunacaq razılaşmaya uyğun olaraq vəzifələr dəyişdirilə bilər.
Məlumata görə, bu təklif Netanyahu ilə Ayzenkot arasında mümkün birlik hökumətinin yaradılması müzakirələri fonunda irəli sürülüb. Tərəflərin danışıqlar aparması gözlənilir.
10:07 29.11.2026
Oxunuş sayı: 100