Rusiya G20 ölkələri arasında yumurtanın ucuzluğuna görə ilk üçlükdədir
Rusiya G20-yə üzv ölkələr arasında yumurtanın ən ucuz satıldığı ilk üç ölkədən biri olub.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə məlumat yayıb.
Araşdırmaya görə, 10 ədəd yumurtanı ən ucuz Hindistan, Rusiya və İndoneziyada almaq mümkündür. Hindistanda bu məhsulun bir qablaşdırmasının orta qiyməti 0,79 dollar (təxminən 1,34 manat) təşkil edir.
Rusiya Federal Dövlət Statistika Xidmətinin məlumatına əsasən, ölkədə 10 ədəd yumurtanın qiyməti 1,2 dollar (təxminən 2,04 manat) təşkil edir. İndoneziyada isə bu məhsulu 1,24 dollara (təxminən 2,11 manat) almaq mümkündür.
G20 ölkələri arasında yumurtanın ən ucuz olduğu ilk beşliyə Çin və Braziliya da daxil olub. Bu ölkələrdə 10 ədəd yumurtanın orta qiyməti müvafiq olaraq 1,33 dollar (təxminən 2,26 manat) və 1,65 dollar (təxminən 2,81 manat) təşkil edir.
Yumurtanın ən baha olduğu ölkə isə Danimarkadır. Burada 10 ədəd yumurtanın qiyməti 4,13 dollara (təxminən 7,02 manat) çatır. Danimarka G20 üzvləri arasında bu məhsulun qiymətinin 4 dolları (6,80 manat) keçdiyi yeganə ölkədir.
Avstraliya, Niderland, Fransa, ABŞ və bir sıra digər ölkələrdə də 10 ədəd yumurtanın qiyməti 3 dollardan (5,10 manat) yüksəkdir.
10:56 29.11.2026
Oxunuş sayı: 72