Rusiya Ukraynada qida obyektlərinə 62 dəfə zərbə endirib
Rusiya ilin əvvəlindən Ukraynada qida sənayesi obyektlərinə azı 62 dəfə zərbə endirib.
Crossmedia.az xəbər verir ki, UNİAN bu barədə Ukrayna Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Bu göstərici müharibənin əvvəlki illərində qeydə alınan ümumi hücum sayından təxminən iki dəfə çoxdur.
Məlumata görə, hücumlar təkcə qida istehsalı müəssisələrini deyil, həmçinin anbarları, soyuducu kompleksləri və logistika mərkəzlərini də əhatə edib. Hesablama açıq media məlumatları və şirkətlərin açıqlamaları əsasında aparılıb. Buna görə də real hücumların sayının daha çox ola biləcəyi bildirilir.
Ukrayna Müdafiə Nazirliyi bu cür zərbələrin beynəlxalq humanitar hüququ pozduğunu qeyd edib və baş verənləri “ərzaq terroru” adlandırıb.
11:15 29.11.2026
Oxunuş sayı: 60