Tramp süni intellektin adını dəyişmək istəyir: Yeni termin məcburi olacaq?
ABŞ Prezidenti Donald Tramp böyük həcmdə məlumatlarla öyrədilən neyron şəbəkələrin “süni intellekt” deyil, “super intellekt” adlandırılmasını təklif edib.
Crossmedia.az xəbər verir ki, “Gazeta.ru” bu barədə Trampın “Truth Social” sosial şəbəkəsindəki paylaşımına istinadən məlumat yayıb.
Tramp ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) rəhbəri Pol Atkinsə bu terminin məcburi istifadəsini təmin etməyi tapşırıb.
ABŞ prezidenti “Fox News” telekanalının aparıcısı Şennon Brimi efirdə “süni intellekt” ifadəsindən istifadə etdiyinə görə tənqid edib. O, Atkinsin sözlərin dəqiq işlədilməsinə xüsusi önəm verdiyini vurğulayıb.
“Bəlkə kimsə ona izah edə bilər ki, söhbət ‘süni intellektdən’ deyil, ‘super intellektdən’ gedir?” – deyə Tramp yazıb.
Onun sözlərinə görə, SEC rəhbəri yaxın vaxtlarda bu terminin istifadəsini məcburi edəcək.
10:35 29.11.2026
Oxunuş sayı: 85