Zelenski: Ukrayna cəbhə xəttində atəşkəsə hazırdır
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin hazırkı təmas xətti boyunca atəşkəs elan etməyə və danışıqlara başlamağa hazır olduğunu bildirib. O, bu addımı “çox böyük kompromis” adlandırıb.
Crossmedia.az xəbər verir ki, “Al Jazeera” bu barədə məlumat yayıb.
Zelenski Rusiyanın Ukraynaya qarşı müharibəni dayandırmaq istəmədiyini vurğulayıb. Onun sözlərinə görə, Kiyev mövcud mövqelərdə dayanaraq hərbi əməliyyatları dayandırmağa və diplomatik prosesə keçməyə razıdır.
“Biz bu addımı atmağa hazırıq – hazırda olduğumuz yerdə qalmağa və dayanmağa. Söhbət təmas xətti boyunca atəşkəsdən gedir. Bu, kompromisdir? Əlbəttə, çox böyük kompromisdir. Biz başa düşürük ki, Vladimir Putin torpaqlarımızdan çıxmaq istəmir. Məhz buna görə deyirik: yaxşı, gəlin burada dayanaq və diplomatik danışıqlara keçək”, – deyə Ukrayna Prezidenti bildirib.
12:06 29.11.2026
Oxunuş sayı: 42