Zelenski: Rusiya 1 milyon hərbçi itirə bilər
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynanın daha 6 min kvadratkilometr ərazisini ələ keçirməyə çalışacağı təqdirdə 1 milyon hərbçisini itirəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Al Jazeera” bu barədə məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Rusiya tərəfi Ukraynanın daha 6 min kvadratkilometr ərazisini işğal etmək niyyətindədir. Lakin bu əraziləri ələ keçirmək üçün Moskva böyük canlı qüvvə itkisi ilə üzləşəcək.
“Ruslar bildirirlər ki, Ukrayna ərazisinin daha 6 min kvadratkilometrini ələ keçirməlidirlər. Lakin onlar bilirlər ki, bu qədər ərazini tutmaq üçün 1 milyon insan lazımdır. Nəticədə həmin 1 milyonu itirəcəklər”, – deyə Zelenski vurğulayıb.
Ukrayna Prezidenti, həmçinin ölkəsinin Rusiya ilə cəbhə xətti boyunca hərbi əməliyyatların dayandırılmasını təklif etdiyini qeyd edib.
12:59 29.11.2026
Oxunuş sayı: 32