Polşa Rusiyanın hücumu halında Baltikyanı ölkələrə xüsusi təyinatlılar göndərməyə hazırdır
Polşa Rusiyanın Litva, Latviya və ya Estoniyaya hücum edəcəyi təqdirdə NATO-nun 5-ci maddəsinin işə salınmasını gözləmədən hərbi müdaxilə etməyi nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, Polşanın “Onet” nəşri bu barədə məlumat yayıb.
Məlumata görə, Varşava Rusiyanın Baltikyanı ölkələrdən birinə hücumu halında iki mümkün ssenarini nəzərdən keçirir. Bunlara humanitar yardım göstərilməsi və birbaşa hərbi müdaxilə daxildir.
Nəşrin məlumatına əsasən, Polşa hökuməti ikinci varianta üstünlük verir. Müzakirələrdə əsas fikir ayrılığı Polşanın hərbi müdaxiləsinin miqyası ilə bağlıdır.
Bildirilir ki, mümkün addımlardan biri xüsusi təyinatlı bölmələrin operativ şəkildə bölgəyə göndərilməsidir. Bununla belə, əməliyyatın həyata keçirilməsi hava şəraitindən də asılı olacaq.
12:46 29.11.2026
Oxunuş sayı: 49