ABŞ-də hakimiyyəti yadplanetlilərin ƏLİNDƏDİR - Ekspertdən ŞOK açıqlama
ABŞ Prezidenti Donald Trampın Ağ Evdəki tədbirlərdən birində yanında görünən milyarder Maykl Dellin həyat yoldaşı Syuzan Dell sosial şəbəkələrdə qeyri-adi iddiaların hədəfinə çevrilib. Onun görünüşü və mimikaları əsasında yadplanetli və ya “reptiloid” olması barədə paylaşımlar yayılıb. Lakin bu iddiaları təsdiqləyən heç bir etibarlı sübut təqdim edilməyib. Hadisə sosial şəbəkələrdə yayılan konspirasiya nəzəriyyələrinin necə gündəmə gəldiyini və görüntülərin faktlardan uzaq yozumlara necə səbəb ola bildiyini bir daha göstərib.
Politoloq Əziz Əlibəyli Crossmedia.az-a açıqlamasında bildirib ki: “Əslində, bu mövzuların hamısı sosial media keysləridir. Ayrıca, sirli təəssürat yaratmaq istəyindən doğan bir yanaşmadır. Uzun müddətdir belə bir dedi-qodu var və ABŞ hakimiyyəti bundan həmişə istifadə edir”.

Politoloqun sözlərinə görə, qeyri-real məxluqlar və obyektlər ətrafında müzakirələr yaratmaq əvəzinə, real problemlərin həllinə diqqət yetirilməlidir: “Sosial şəbəkələrə bu cür real olmayan sirli məxluqlarla düşməkdənsə, real addımlar atmaq lazımdır”.
Ə.Əlibəyli hesab edir ki, ABŞ-nin Çin və İranla münasibətlərində üzləşdiyi problemlər və həllini tapmayan məsələlər fonunda belə mövzular ictimai diqqəti başqa istiqamətə yönəltmək üçün istifadə oluna bilər: “ABŞ hakimiyyətinin, indiki hakimiyyətin çox üstünlük verdiyi məsələlərdən biri də ölkənin Çin və İranla yaşadığı problemləri unutdurmaq və onların əvəzinə qeyri-real obyektlərlə sosial media kontenti yaratmaqdır”.
Nigar Xəlilli
20:10 10.10.2026
Oxunuş sayı: 74