Zelenski: Kiyevdə enerji infrastrukturunun müdafiəsi üçün tədbirlər görülməyib
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev şəhər rəhbərliyini enerji infrastrukturuna mümkün hücumlara hazırlıq tədbirlərini lazımi səviyyədə həyata keçirməməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib.
Ukrayna lideri hərbçilərin və rəsmilərin iştirakı ilə keçirilən müşavirənin nəticələrindən danışarkən Kiyevlə bağlı ayrıca tapşırıqlar müəyyənləşdirildiyini bildirib. O, bunun səbəbi kimi şəhər rəhbərliyinin zəruri tədbirləri demək olar ki, tamamilə yerinə yetirməməsini göstərib.
18:06 09.10.2026
Oxunuş sayı: 53