Kiyevdə Dneprlə bağlı yeni infrastruktur layihəsi başlayır
Kiyevdə gələn həftədən Dnepr çayı üzərindən yeni keçidlərin tikintisinə başlanması planlaşdırılır. Eyni zamanda çayın altından tunel çəkilməsi variantı da nəzərdən keçirilir.
Crossmedia.az xəbər verir ki, Ukraynanın infrastruktur naziri Sergey Kalaşnik bu barədə məlumat verib.
Onun sözlərinə görə, layihə çayın üzərində torpaq bəndlərin və ponton keçidlərin qurulmasını nəzərdə tutur. İşlərin üç ayadək davam edəcəyi bildirilir.
Bundan başqa, beton keçidlərin inşası variantı da nəzərdən keçirilir.
21:15 03.10.2026
Oxunuş sayı: 45