Rusiya Ukraynanın 209 PUA-sının vurulduğunu açıqladı
Rusiya hava hücumundan müdafiə qüvvələri oktyabrın 2-də Ukraynaya məxsus 209 pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, PUA hücumları Moskva vaxtı ilə saat 08:00-dan 20:00-dək, yəni 12 saat ərzində həyata keçirilib. Hücumlarda təyyarə tipli pilotsuz uçuş aparatlarından istifadə edildiyi bildirilib.
Məlumata görə, PUA hücumları Rusiyanın 14 regionunu əhatə edib. Hücumların Həştərxan, Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Nijni Novqorod, Oryol, Penza, Samara, Saratov və Tula vilayətləri, eləcə də Çuvaşiya və Krım istiqamətində həyata keçirildiyi qeyd olunub.
21:57 02.10.2026
Oxunuş sayı: 48