Naxçıvanda avtomobilin vurduğu piyada ölüb- Yenilənib
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb.
Crossmedia.az xəbər verir ki, "Hyundai" markalı avtomobilin vurduğu 1957-ci il təvəllüdlü Nağıyev Nağı Mahmud oğlu xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
20:52
Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Nizami küçəsində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobil yolu keçən 1957-ci il təvəllüdlü Nağıyev Nağı Mahmud oğlunu vurub.
Nəticədə xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
21:35 02.10.2026
Oxunuş sayı: 46