Paşinyan Ermənistanın Aİİ-də əməkdaşlığı davam etdirəcəyini açıqladı
Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək niyyətindədir.
Crossmedia.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu Aİİ Hökumətlərarası Şurasının onlayn iclasında çıxışı zamanı bildirib.
Paşinyanın sözlərinə görə, əməkdaşlıq regionun iqtisadi sabitliyinin möhkəmləndirilməsinə və davamlı inkişafının təmin olunmasına yönəlib. O qeyd edib ki, Ermənistan regionda sülh, ticarət və nəqliyyat infrastrukturu gündəliyini ardıcıl şəkildə irəli aparır.
Baş nazir həmçinin Ermənistan məhsullarının Rusiyaya ixracına tətbiq olunan məhdudiyyətlərə diqqət çəkib. O bildirib ki, mövcud məsələlərin bir qismi üzrə hələ də ciddi irəliləyiş əldə olunmayıb.
Paşinyan mövcud maneələrin aradan qaldırılması üçün konstruktiv dialoqun davam etdirilməsinin vacib olduğunu vurğulayıb.
20:43 02.10.2026
Oxunuş sayı: 41