Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
Azərbaycanda bəzi ərazilərdə şimşək çaxır, arabir yağış yağır.
Crossmedia.az bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz, Şabran, Quba və Qusarda şimşək çaxır və arabir yağış yağır.
Hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 21 metrə, Culfada isə saniyədə 16 metrə çatır.
17:32 02.10.2026
Oxunuş sayı: 38