Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
Şuşada Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri İrakli Çikovani arasında 13-cü üçtərəfli görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, görüşün yekununda protokol imzalanıb.
Nazirlər daha sonra mətbuata bəyanatlarla çıxış ediblər.
12:14 02.10.2026
Oxunuş sayı: 48