Sərhədi keçdiyi deyilən hərbçimizlə bağlı şok iddia...
Erməni mediası Zəngəzurda Azərbaycan hərbçisinin saxlanılması ilə bağlı yeni iddialarla çıxış edib.
Crossmedia.az xəbər verir ki, erməni KİV hadisə nəticəsində 5 uşaq anası olan qadının yaralandığı bildirib.
Ermənistanın “Hraparak” nəşrinin məlumatına görə, qadın Azərbaycan hərbçisinə bıçaqla hücum edərək xəsarət yetirib. Bundan sonra hərbçi qadına ayağından atəş açaraq hadisə yerindən uzaqlaşıb.
Sisian Tibb Mərkəzinin direktoru Anik Qriqoryan qadının müayinədən keçirildiyini və həyatı üçün təhlükə olmadığını açıqlayıb. (Globalinfo.az)
18:41 01.10.2026
Oxunuş sayı: 42